"Çoxlu sayda idmançı döyüşə getmək istəyir" -Çingiz Hüseynzadə
Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəfə alaraq yaşayış məntəqələrinə raket zərbələri endirməsi düşmənin cəbhədəki məğlubiyyətindən daha da azğınlaşmasının göstəricisidir.
Sportfm.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə müsahibəsində deyib.
Vitse-prezident qeyd edib ki, məğlubiyyətlə barışa bilməyən Ermənistan hakimiyyəti bu təxribatlarla xarici qüvvələri münaqişəyə cəlb etmək istəyir. Ermənistanın cinayətkar əməllərinə, xalqımızda qorxu hissi yaratmağa çalışmasına baxmayaraq, Azərbaycan gündən-günə qələbəyə yaxınlaşır.
“Beynəlxalq arenada Azərbaycanın idman şərəfini qoruyan atletlərimiz bu gün cəbhədə Vətəni qoruyurlar. Hər bir azərbaycanlının Prezidenti olan Ali Baş Komandan İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin Prezidentidir. Ona görə də idmançılar ikiqat məsuliyyət hiss edirlər. Çoxlu sayda idmançı bizə müraciət edərək döyüşə getmək istədiyini bildirib. İnanın, onları zorla saxlayırıq və bildiririk ki, vaxtı gələndə onlar da hamı kimi Vətən uğrunda mübarizəyə qoşulacaqlar”, - deyə Ç.Hüseynzadə əlavə edib.
MOK-un vitse-prezidenti Azərbaycan Ordusunun qalibiyyətini ədalətin bərpası kimi qiymətləndirərək deyib: “İdman yarışlarının hakimləri olur. Onlar yarışların ədalətli keçməsini təmin edirlər. Biz münaqişənin ədalətli həllini 30 il gözlədik. Bu gün görürük ki, bu ədalət döyüş meydanında əldə olunur. Bu ədaləti Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu təmin edəcək”. (azertag.az)
Oxşar xəbərlər
Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
MOK-un 20 illik yubiley mərasimi keçirildi
Yığmanın baş məşqçisi Beynəlxalq Olimpiya Komitəsinin mükafatına layiq görüldü
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
MOK-un vitse-prezidenti Türkiyədə “Fair Play Dostluq Nişanı” ilə təltif edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası