Tokio Olimpiadasının xərcləri azaldılacaq -284 milyon dollar
Tokio Yay Olimpiya Oyunlarının xərcləri 284 milyon dollar azaldılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Tokio Olimpiadasının Təşkilat Komitəsinin baş katibi Toşiro Muto mətbuat konfransında məlumat verib.
O, qeyd edib ki, yarışın formatını sadələşdirmək üçün təqdim etdikləri plan 52 bənddən ibarətdir. Burada söhbət xüsusilə, xarici nümayəndə heyətləri və Beynəlxalq Olimpiya Komitəsinin rəsmilərinin Oyunlarda iştirakını 10-15 faiz azaltmaqdan gedir. Bununla yanaşı, idman obyektlərinin daha qənaətli işıqlandırılması yolu ilə xərclərin azaldılması da gözlənilir.
Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il sonraya təxirə salınıb və 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Tokio olimpiadasının proqramı təsdiqləndi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Tokio Olimpiadasının planı müzakirəyə çıxarıldı - Xərclər azaldılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası