reklam
Millimizin oyunundakı erməni hakim-inspektor dəyişdirildi -
Sportfm.az xəbər saytı

Millimizin oyunundakı erməni hakim-inspektor dəyişdirildi -Bu vəzifəni avstriyalı yerinə yetirəcək


Millətlər Liqasının Monteneqro – Azərbaycan matçının hakim-inspektoru dəyişdirilib.

Sportfm.az xəbər verir ki, sabah C liqasında keçiriləcək görüşdə bu vəzifəni avstriyalı Stefan Messner yerinə yetirəcək.

Daha öncə UEFA oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə o, Stefanla əvəzlənib.

Bundan əvvəl Lüksemburq – Kipr matçına təyinat alan Messnerlə Monteneqro – Azərbaycan görüşündə iştirak etməli olan Qaribyanın yerləri dəyişdirib.

Qeyd edək ki, sabah Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

 

Oxşar xəbərlər

Barbaş millimizin matçında - Təyinat
Millimizin rəqibində koronavirus şoku
Monteneqro - Azərbaycan oyunu ispaniyalı hakimlərə həvalə edildi
Azərbaycanlı hakim erməni ilə eyni oyuna təyinat aldı
Asim Xudiyev ermənilərin oyununda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər