reklam
Millimiz bu gün Kiprlə qarşılaşacaq
Sportfm.az xəbər saytı

Millimiz bu gün Kiprlə qarşılaşacaq


Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv qrup mərhələsinin IV turunda Kipr millisi ilə qarşılaşacaq.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

13 oktyabr

UEFA Millətlər Liqası, IV tur

20:00. Azərbaycan - Kipr

Hakimlər: Fran Yoviç, İviça Modriç, Hrvoje Radiç, Mario Zebeç (hamısı Xorvatiya)

Albaniya, Elbasan şəhər stadionu

Qeyd edək ki, qrupun digər oyununda lider Monteneqro Lüksemburqu qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Oxşar xəbərlər

"Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq - Konfrans Liqası
Azərbaycan - Monteneqro oyununun keçiriləcəyi ölkə açıqlandı
Yığmamız Kiprlə bərabərə qaldı - 0:0
Azərbaycan - Kipr oyununun hakimləri açıqlandı
Kipr - Azərbaycan matçının stadionu bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər