“Napoli”yə texniki məğlubiyyət verildi -0:3
Futbol üzrə İtaliya A Seriyasının 3-cü turu çərçivəsində keçirilməli olan, lakin baş tutmayan “Yuventus” – “Napoli” matçı ilə bağlı yekun qərar açıqlanıb.
Sportfm.az xəbər verir ki, İtaliya Futbol Federasiyası səfər matçına yollanmadığı üçün Neapol təmsilçisinə 0:3 hesabıyla texniki məğlubiyyət verib.
Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Koronavirusla bağlı protokola əməl etmədiyinə görə “Napoli”nin hesabından 1 xal da silinib.
Qeyd edək ki, “Yuventus” – “Napoli” matçı oktyabrın 4-də keçirilməli idi. Lakin həmin dövrdə hər iki komandanın heyətində koronavirusa yoluxan futbolçular olduğuna görə, Neapol səhiyyə xidməti qonaq kollektivin Turinə yollanmasına icazə verməmişdi.
Oxşar xəbərlər
"“Yuventus” məğlubiyyətə layiq idi" - Massimiliano Alleqri
A Seriyası təmsilçisinə texniki məğlubiyyət
“Yuventus” – “Napoli” 1:1 - VİDEO
“Napoli” – “Yuventus” 2:1 - VİDEO
“Napoli” – “Yuventus” 1:0 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası