reklam
Millimizin qapıçısı növbəti matçda oynayacaq
Sportfm.az xəbər saytı

Millimizin qapıçısı növbəti matçda oynayacaq


Azərbaycan Premyer Liqasının VI turunda evdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" əsas qapıçısı Mehti Cənnətovun xidmətindən yararlana biləcək.

Sportfm.az xəbər verir ki, 28 yaşlı qolkiper zədəsini tamamilə sağaldıb və artıq bir neçə gündür komanda ilə məşqlərə qoşulub.

Azərbaycan millisinin üzvü şans veriləcəyi təqdirdə, "Zirə" ilə görüşdə meydanda olacaq. Cənnətov II turda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda sıradan çıxıb.

Qeyd edək ki, oktyabrın 18-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı saat 16:00-da başlayacaq.

Oxşar xəbərlər

O artıq zədəsini sağaldıb...
"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
"Sumqayıt"ın qapıçısı növbəti tur oynayacaqmı? - Zədəsi ciddi deyil
"Sumqayıt" "Zirə"ni yoxlamaq istəyir
Zirə"nin legioneri "Qəbələ"yə qarşı oynaya biləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər