reklam
Sportfm.az xəbər saytı

"Bütün Azərbaycanın diqqəti cəbhədədir" -Füzuli Məmmədov


"Oyun haqqında danışmaq hazırkı durumda çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Futbolçuları oyuna kökləmək çətin olur. Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuza qüvvət versin. Qarşıda daha yaxşı qələbə xəbərləri eşidəcəyimizə ümid edirəm və eşidirik. Matç çətin oldu. Rəqibi analiz etmişdik. Futbolçular tapşırıqların öhdəsindən gəldilər. Onlar meydanda döyüşdülər".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VI turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib: "Mert Çetinin oyun praktikası daha çox olduğu üçün ona şans verdik. Rener Alvesin çempionata və komandaya uyğunlaşmasına vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq. Mert Çelikin oyun praktikası yerindədir. Azərbaycanın U-21 yığmasında daim oynayır". (report.az)

Oxşar xəbərlər

"Hər iki komanda əzmkar mübarizə apardı" - Aftandil Hacıyev
"Keşlə”ni yaxşı analiz etmişdik" - Füzuli Məmmədov
"Yaxın gələcəkdə hamı sevinəcək" - Rəşad Sadıqov
" İrəlidə daha yaxşı "Neftçi" görəcəksiniz" - Füzuli Məmmədov
"Səlahət Ağayevə və Aqil Məmmədova güvənirəm" - Füzuli Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər