"İmkanlarımızdan yararlana bilmədik" -Rəşad Sadıqov
"Dövlətimizi, ordumuzu cəbhədəki qələbələr münasibətilə təbrik edirəm. Gəncədə və cəbhədə həyatını itirənlərin ailələrinə başsağlğı verirəm".
Sportfm.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "İkinci hissə komandamın üstünlüyü ilə keçdi. Meydanda görmək istədiklərimi gördüm. İmkanlarımızdan yararlana bilmədik, uzaqdan qol hər şeyi həll etdi".
Sadıqov Ağabala Ramazanovun meydanda az olmasının səbəbini isə belə izah edib: "Ağabala aparıcı oyunçularımızdandır. Amma uzunmüddətli zədədən yeni qayıdıb".
Oxşar xəbərlər
"Biz bilmirik?" - Rəşad Sadıqov
"Oyunçular futbola aid hər şeyi göstərdi" - "Sabah"ın baş məşqçisi
"Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm" - Rəşad Sadıqov
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" - "Sabah"ın baş məşqçisi
"Məğlubiyyətlər qaçılmazdır" - Rəşad Sadıqov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası