reklam
Azərbaycan güləşçiləri beynəlxalq yarışda medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan güləşçiləri beynəlxalq yarışda medal qazandı -Qızıl və bürünc


Ukraynanın paytaxtı Kiyevdə sərbəst və qadın güləşi üzrə açıq turnir keçirilib.

Sportfm.az xəbər verir ki, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıb.

Turnirdə qadınlardan ibarət Azərbaycan yığmasının iki üzvü çıxış edib. 65 kq çəki dərəcəsində mübarizə aparan Tatyana Omelçenko bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazana bilib.
57 kq-dakı Alyona Kolesnik Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn milli üzvü bürünc medala yiyələnib.

Qeyd edək ki, komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.

Oxşar xəbərlər

Omelçenko və Manolova yarımfinalda - Roma 2020
Millinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Savatçılarımız beynəlxalq turnirdə 2 qızıl medal qazandı - FOTO
Kiyevdə məhsuldar alınan ikinci gün: 4 qızıl, 4 gümüş və 1 bürünc medal
Güləşçilərimiz dünya çempionatında beş medal qazandılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər