reklam
Sportfm.az xəbər saytı

"Barselona" məhkəməyə müraciət edəcək -İrqçiliyə görə


İspaniyanın "Barselona" klubu ABC nəşrinin jurnalisti Salvador Sostresi məhkəməyə verməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, səbəb media nümayəndəsinin Kataloniya təmsilçisinin futbolçusu Ansu Fatiyə qarşı irqçi ifadələr işlətməsidir.

Sostres Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Barselona"nın Macarıstan "Ferentsvaroş"unu 5:1 hesabı ilə məğlub etdiyi matçdan sonra yazısında 18 yaşlı hücumçu barədə xoşagəlməz ifadələrdən istifadə edib: "Ansunun qaçış tərzində ceyranı xatırladan, gənc qara qeyri-leqal ticarətçiyə bənzəyən nə isə var. Siz belə ticarətçiləri Paseo de Qrasia prospektində qaçaraq, polislər yaxınlaşanda "su, su" qışqıranda görə bilərsiniz" - o yazısında bildirib.

Sostres sonradan futbolçudan üzr istəyib. Dünyanın bir sıra futbolçuları isə Fatiyə dəstək olublar.

Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, 2019-cu ildən əsas komandada çıxış edir.

Oxşar xəbərlər

Avropanın 7 klubu bu futbolçunu istəyir
"Barselona"nın yeni 10 nömrəsi - FOTO
Dünyanın ən yaxşı gənc oyunçusu - Ansu Fati
Fati Çempionlar Liqasının tarixinə düşdü - İlk futbolçu
“Boka Xuniors” “Barselona”nı məhkəməyə verəcək - Qaydalara əməl etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər