Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ceyhun Məmmədovdan Albert Valiullova cavab: "Belə özlərindən deyənlərin..."
Cənubi Kiprin Limassol şəhərində sambo üzrə kadetlərin (məktəblilərin) dünya çempionatı başa çatıb.
Qaynarinfo.Az-a bu barədə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov açıqlama verib: "Bu dünya çempionatından idmançılarımız 2 medalla qayıdıblar. 42 kq çəki dərəcəsində Hacəli Qasımov finalda erməni idmançı Karen Sarkisyana qalib gəldi. Bir nəfər isə 55 kq çəkidə bürünc medal qazandı".
Ceyhun Məmmədov 2016-cı ili sambo üçün dəyərləndirib və karate kimi onun da Olimpiadada iştirak edəcəyinə ümid etdiyini bildirib: "Böyüklərin dünya çempionatında gümüş, Avropa çempionatında qızıl, gümüş və bürünc medallarımız oldu. Əsas ümidimiz Amil Qasımov idi. O da amerikalı idmançıya uduzaraq yarışı dayandırdı... Sambonun Olimpiadaya daxil edilməsi üzərində iş gedir. Artıq 82-83 ölkə bunun lehinədir. Avropa Oyunlarına, Tələbələrin Olimpiadasına sambo salınmışdı. Türkmənistanda Asiya Olimpiya Oyunları keçiriləcək. Orda da sambo olacaq. Yəni hadisələr sambonun Olimpiadaya salınmasına doğru gedir".
Sonda 2003-cü ildən Sambo Federasiyasının prezidenti olan 9 qat dünya çempionumuzdan Albert Valiullovun fikirlərinə reaksiya da öyrənməyi unutmadıq. Tatarıstan Sambo Federasiyasının icraçı direktoru olan bu şəxs ardıcıl 3 dəfə Ceyhun Məmmədova uduzmasının karyerasında unudulmaz izlər qoyduğunu, bununla belə, hər dəfə onu məğlub etməyə yaxın olduğunu, lakin bəxtin Məmmədova kömək etdiyini bildirib.
Ceyhun Məmmədov isə bu açıqlamaya belə cavab verdi: "1985-ci ildən 1997-ci ilədək samboda güləşmişəm. Həmin müddətdə mən heç kimə uduzmamışam. Belə özlərindən deyənlərin hamısına dünya və Avropa çempionatlarında qalib gəlmişəm".
Oxşar xəbərlər
Millimiz İrəvana getməkdən imtina etdi
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanındı
Samboçularımız Avropa çempionatında bürünc medal qazandı
Samboçularımız ölkəmizi Yunanıstanda təmsil edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası