reklam
“Zirə”nin yeni rekordçusu -
Sportfm.az xəbər saytı

“Zirə”nin yeni rekordçusu -Ən gənc futbolçu


“Zirə”nin futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasında debüt edib.

Sportfm.az xəbər verir ki, o, 7-ci turun “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Start heyətində şans qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.

Cəlal “Zirə”nin tarixində Premyer Liqada meydana çıxan ən gənc futbolçudur. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər rekord 19 yaş 4 ay 12 günlüyündə Premyer Liqa görüşündə iştirak edən Rafael Məhərrəmliyə məxsus idi.

Bunadək Azərbaycan kubokunda forma geyinmiş Hüseynov klub tarixinin mütləq rekordçudur. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.

Oxşar xəbərlər

"Zirə"nin hücumçusundan iki rekord birdən - UĞUR
Rafael Məhərrəmlidən Rauf Hüseynliyə qədər
"Zirə"nin tarixinə düşdü - FOTO
"Zirə"li Soni üçün əlamətdar oyun
"Qartallar"ın 10-cu dublu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər