"Rinqdəki qələbələr əsgərlərimizə həsr olunacaq" -Boksçularımız
Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər.
Sportfm.az xəbər verir ki, Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığma üzvləri hər bir vətəndaşımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi vurğulayıblar.
Boksçular Dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq.
Daha sonra milli qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır” şüarını səsləndirib.
Oxşar xəbərlər
"Həmişə Qardaşlarımızla birgəyik" - Federasiyası prezidenti
"KİA Motors Azerbaijan" ordumuza maddi yardım və maşın ayırdı - FOTO
Boksçularımızdan Azərbaycan Ordusuna dəstək - "Hər zaman ordumuzun yanındayıq”
Həmkarlar İttifaqı bəyanat yaydı - "Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!"
"Bütün dualarım sizinlədir" - "Qarabağ”ın sabiq qapıçısı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası