Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan - Monteneqro matçının yeri dəyişdirildi -UEFA açıqladı
UEFA Azərbaycan yığmasının Millətlər Liqasının V turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.
Sportfm.az xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.
Oxşar xəbərlər
Azərbaycan Montenegro ilə üz-üzə - YENİLƏNİR
Azərbaycan millisi Sloveniya ilə bərabərə qaldı - 0:0
Millimizin rəqibində koronavirus şoku
Xorvatiya Futbol İttifaqı millimizin matçından pul qazanacaq - AÇIQLAMA
Azərbaycan - Monteneqro oyununun keçiriləcəyi ölkə açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası