Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lionel Messi yeni uğura imza atdı -Çempionlar Liqası
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.
Spoortfm.az xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.
Təcrübəli forvard G qrupunun II turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir.
Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.
Oxşar xəbərlər
Benzema Messi və Ronaldunu təkrarladı - Het-trik etməklə
Messi antirekorda imza atdı - NONSENS
Messi tarixi rekorda imza atdı
Messi primerada 6000-ci qolu vurdu
Messi avrokuboklarda 100-cü qolunu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası