Çempionlar Liqasında turun ən yaxşıları -Namizədlər
Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Sportfm.az xəbər verir ki, ən yaxşı adına “Atalanta”dan Duvan Zapata, PSJ-dən Moyze Kin, “Mançester Yunayted”dən Markus Reşford və “Atletiko”dan Joao Feliks namizəd göstərilib.
Reşford qrup mərhələsinin II turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.
Feliş Avstriya "Zaltsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.
Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
Oxşar xəbərlər
Həftənin ən yaxşısı adına namizədlər - Çempionlar Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Avropa Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Avropa Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Çempionlar Liqası
Həftənin ən yaxşısı adına 4 namizəd
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası