"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" -Emre Belözoğlu
"Bizim üçün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Kədəri də, sevinci də paylaşırıq. Hər zaman dualarımız və dəstəyimizlə Azərbaycanın yanındayıq".
Sportfm.az xəbər verir ki, bunu Türkiyənin "Fənərbaxça" klubunun idman direktoru Emre Belözoğlu "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.
Veteran futbolçu bildirib ki, Qarabağ işğaldan azad olunduqdan sonra orada oyun keçirmək istəyirlər: "Ümid edirəm ki, tezliklə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı".
Qeyd edək ki, Emre Belözoğlu 2019/2020 mövsümünün sonunda futbolçu karyerasını başa vurub.
Oxşar xəbərlər
Emre Belözoğlu "Başakşəhər"də - Yeni təyinat
Emre Belözoğlu karyerasını İtaliyada davam etdirəcək - Məşqçi olacaq
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
Emre Belözoğlu futboldan getdi
Emre Belözoğlu Avropa çempionatında oynamayacaq - Karyerasını başa vurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası