Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail"in legioneri millidən imtina etdi -Koronavirusa görə
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun qvatemalalı oyunçusu Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.
Sportfm.az xəbər verir ki, 24 yaşlı qapıçı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.
Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir. Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.
Bu səbəbdən o, millinin heyətindən çıxarılıb. Əvəzində düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.
Oxşar xəbərlər
Qvatemalalı qapıçı "Səbail"i tərk edir - Onu həmyerlisi əvəz edəcək
"Səbail"in bir nömrəsi Kubaya qarşı - Dəvət
"Səbail"in oyunçusu ən yaxşılar sırasında - Legioner həyatı yaşayan
Hagen "Səbail"ə keçidindən danışdı - "Daha çox inkişaf edəcəm"
"Səbail" yeni transferləri sifariş etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası