Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"dan 450-ci qələbə
“Qarabağ” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, yubiley Premyer Liqanın 8-ci turuna təsadüf edib.
“Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.
“Azersun Arena”dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyükhesablı nəticə qeydə alınıb.
Qeyd edək ki, “Qarabağ” ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.
Oxşar xəbərlər
“Qarabağ”ın 300-cü qələbəsi - Yubiley
"Neftçi"dən 500-cü qələbə
"Qarabağ"dan yubiley qələbəsi - Azərbaycan çempionatlarında
"Qarabağ" bunu 40-cı dəfə etdi
"Neftçi"nin yubiley qələbəsi - 250
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası