Ronaldo yenə liderdir -Avropanın 5 ən böyük liqasında
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 2020-ci ildə Avropanın 5 ən böyük liqasının bombardirləri arasında liderdir.
Sportfm.az xəbər verir ki, portuqaliyalı hücumçu son olaraq "Spezia" ilə matçda (1:4) iki qol vurub. Bununla da, 35 yaşlı oyunçu A seriyasında bu il vurduğu qolların sayını 26-ya (22 oyun) yüksəldib. Ronaldo "Bavariya"nın hücumçusu Robert Levandovskini (19 oyunda 25 qol) geridə qoyaraq bu il Avropanın 5 ən böyük liqasında ən yaxşı bombardirlər siyahısında ilk pillədə yer alıb.
Qeyd edək ki, siyahının növbəti pillələrində "Latsio"dan Çiro İmmobile (22 qol), "Sassuolo"dan Françesko Kaputo (18), "Borussiya"dan (Dortmund) Erlinq Holand (18), "Liverpul"dan Məhəmməd Salah (17) və "Milan"dan Zlatan İbrahimoviç (17) qərarlaşıb.
Oxşar xəbərlər
Ronaldo A Seriyasının bombardiri oldu
Benzema Levandovskini geridə qoydu
Ronaldo Rui Kostanı geridə qoydu - Rekord yenilədi
"Ronaldo ilə tanış olmaq istəyirəm" - Erlinq Holand
Ronaldo yenə ən yaxşı seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası