Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" Türkiyəyə yollandı -FOTO
Noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Oxşar xəbərlər
"Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcək
"Sivasspor" Azərbaycana dəstək - FOTO
"Vorskla" - "Qarabağ": son məşqlərin vaxtı açıqlandı
"Qarabağ" Belarusa yola düşdü
Öncə Qurban Qurbanov...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası