Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bölgə komandası "Neftçi"nin futbolçusunu almaqdan imtina etdi
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevi heyətinə qatmaq istəyən "Qəbələ" geri addım atıb. Buna səbəb futbolçunun transfer üçün istədiyi məbləğdir.
Sportfm.az futbolinfo.az-a istinadən xəbər verir ki, "Neftçi"də ayına 12 min manat maaş alan futbolçu (bu məbləğ "Neftçi"nin son turda uduzduğu AZAL-ın aylıq büdcəsidir - red.) "Qəbələ"dən bunun iki qatını istəyib. Belədə "qırmızı-qaralar" Bakı klubu ilə anlaşması yayda bitəcək oyunçunu transfer etmək fikrindən daşınıb.
Yeni oyunçu axtarışını davam etdirən "Qəbələ" isə həm də heyətini təmizləməklə məşğuldur. Ölkə kubokunun 1/4 final mərhələsinin birigün baş tutacaq cavab oyunundan sonra bəzi futbolçularla yollar ayrılacaq. Baş məşqçi Roman Qriqorçuk legionerlərdən yalnız Petar Franyiçi sərəncamında görmək istəmir. Amma xorvat yarımmüdafiəçi ilə müqavilə bitmədiyindən onu yola salmaq üçün qarşılıqlı anlaşma əldə etmək lazım olacaq.
Oxşar xəbərlər
Qriqorçuk onu "Neftçi"də görmək istəmir, rəhbərlik isə...
"Qəbələ"dən daha bir transfer - 1 illik müqavilə
Neftçi qapıçısını geri qaytardı
AZAL iki futbolçu ilə rəsmən vidalaşdı
“Sumqayıt”dan yeni transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası