Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" birinci dövrədə: 24 futbolçu, 9 qələbə, 31 xal, 30 qol
Topaz Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. İlk iki dövrənin yekununa əsasən, "Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanıb.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, keçirdiyi 14 qarşılaşmada 9 qələbə qazanıb, 4 heç-heçə edən "qırmızı-qaralar” yalnız 1 dəfə məğlub olub. İlk oyununu avqustun 8-də keçirib, 132 günlük mübarizədən sonra hesabında 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:
- "Qəbələ” ilk yarıda ən çox qol vuran komandadır – 30 top. Komandanın orta məhsuldarlığı 2,14-dür.
- 14 matçda 7 top buraxan "qırmızı-qaralar” bu göstəricidə 2-cidir. Komanda hər oyunda orta hesabla 0,50 qola üzülüb.
- Öz meydanında daha çox – 8 matç keçirən "Qəbələ” hamıdan çox 22 xal toplayıb.
- Evdə uduzmayan 4 komandadan biri olan "qırmızı-qaralar” 7 qələbə qazanıb, 1 heç-heçə edib, 16 top vurub, 2-ni buraxıb.
- 6 səfər matçında 9 xal toplayan "Qəbələ” 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub.
- "Qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 14 top. Ən az – 5 qol buraxan 3 komandadan biri olan "Qəbələ”, səfərdə ən az – 1 məğlubiyyət alan 2 klubdan biridir.
- "Qəbələ” 14 oyundan yalnız ikisində qol vura bilməyib. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:0 - 4 dəfə, 2:1 və 0:0 – hərəsi 2 dəfə, 4:1, 3:0, 8:0, 1:0, 1:1 və 2:2 - hərəsi 1 dəfə.
- "Qırmızı-qaralar” mövsümün ilk yarısında 3 böyükhesablı qələbə qazanıb.
- "Neftçi” üzərindəki 8:0 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- Yeganə het-trik Baqali Dabonun hesabındadır. O, "Neftçi” ilə görüşdə 3 dəfə fərqlənib.
- "Qəbələ”nin futbolçuları 4 dubla imza atıb. Baqali Dabo, Ruslan Qurbanov, Sergey Zenyov və Teo Uiks 1 matçda 2 dəfə fərqləniblər.
- Filip Ozobiç son 3 turda meydanı qolsuz tərk etməyib. Bu, futbolçular arasında komandanın mövsümdəki ən qollu seriyasıdır.
- Mövsümün ilk 14 oyununda "qırmızı-qaralar”ı meydana 4 kapitan çıxarıb. Rəşad Sadiqov 9, Dmitri Bezotosnı və Asif Məmmədov hərəyə 2, Rafael Santos 1 dəfə meydana kapitan sarğısında çıxıb.
- "Qəbələ”nin 14 matçını 7 hakim idarə edib. Rəhim Həsənov 4, Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarov və Rəvan Həmzəzadə hərəyə 2, Fariz Yusifovla Ömər Paşayev isə hərəyə 1 dəfə komandanın matçında fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə qol buraxmayan "Qəbələ” 7 topun hamısını fasilədən sonra qapısında görüb.
- "Qırmızı-qaralar” 8 ev oyunundan ikisini "Dalğa Arena”, altısını Qəbələ şəhər stadionunda keçirib.
- Komandanın 8 ev matçını 9600 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1200 seyrçi olub.
- Qəbələdəki 6 oyunda 8800 izləyici olub. Bu qarşılaşmalarda orta göstərici 1633-dir.
- "Qarabağ”la ev oyununu daha çox – 3000, Bakıdakı iki oyunu saymasaq, "Zirə” ilə matçı ən az – 500 tamaşaçı izləyib. Paytaxtdakı görüşlərdə isə "İnter”lə matçı 500, "Kəpəz”lə oyunu isə cəmi 300 nəfər seyr edib.
Oxşar xəbərlər
“Qəbələ” və “Kəpəz”in 22-ci dueli
"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli
U-16-dan böyükhesablı səfər qələbəsi
"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
40-cı duel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası