AFFA UEFA və FIFA-ya müraciət edəcək -Təxribatçı hərəkəti ilə bağlı
AFFA Almaniyanın "Hoffenhaym" klubunun erməni futbolçusu Sarkis Adamyanın təxribatı ilə bağlı müraciət hazırlayır.
Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçunun əməli ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Bu məsələnin AFFA diqqət mərkəzində olduğu vurğulanıb.
Bildirilib ki, sentyabrın 27-dən bəri erməni futbolçuların, funksionerlərin və digər rəsmi şəxslərin təxribatçı açıqlamaları, sosial şəbəkələrdə paylaşımları barədə AFFA müxtəlif təşkilatlara, UEFA-ya, FIFA-ya və aidiyyatı üzrə müxtəlif assosiasiyalara məktublar ünvanlayıb: "İndiyə kimi bununla bağlı 17 məktub yazılıb. Monteneqro, Slovakiya, Yunanıstan və İtaliya Futbol Federasiyaları bunların arasındadır. Sosial şəbəkələrdəki, matçlardakı və digər təxribatların hamısı izlənilir və müvafiq qaydada müraciət ünvanlanır".
Qeyd edək ki, Sarkis Adamyan Avropa Liqasının qrup mərhələsinin III turunda Çexiya "Slovan"ını 5:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Forvard sport24.ru saytına açıqlamasında qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni "qardaş və bacılarına həsr etdiyini" deyib. Bu zaman o, Qarabağın əvəzinə qondarma rejimin adını çəkib. (report)
Oxşar xəbərlər
AFFA UEFA-ya müraciət edəcək
AFFA UEFA-ya müraciət etdi - Erməni təxribatı ilə bağlı
AFFA ermənilərin təxribatına münasibət bildirdi
AFFA FİFA-ya müraciət ünvanlayacaq - Ermənilərin təxribatına görə
Erməni futbolçudan Azərbaycana qarşı təxribat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası