Yunis Hüseynov 100-ə çatdı -Qələbə sayında
Yunis Hüseynov baş məşqçi karyerasında 100-cü qələbəsini qazanıb.
Sportfm.az saytının məlumatına görə, bu, “Keşlə”nin “Qəbələ” ilə Premyer Liqanın IX turundakı matçına təsadüf edib.
3:1 hesablı qələbə mütəxəssis üçün yubiley kimi tarixə düşüb. 100-cü qələbə onun baş məşqçi kimi 270-ci oyununa təsadüf edib.
Baş məşqçi postunda debütü 2004-cü ilə təsadüf edən Hüseynov Premyer Liqada 82, Azərbaycan kubokunda 15, Avropa Liqasında (UEFA kuboku) 3 dəfə qələbə sevinci yaşayıb. O, 5 klubda yetirmələrinin qalibiyyətinə şahid olub. “Karvan” 75 (çempionat – 64, kubok – 9, UEFA kuboku – 2), “Standard” 7 (çempionat – 3, kubok – 4), “Xəzər Lənkəran” 13 (çempionat – 11, kubok - 1, UEFA kuboku - 1), “Kəpəz” 2 (çempionat – 1, kubok – 1) qarşılaşmada Hüseynovun rəhbərliyi altında qalib gəlib.
Mütəxəssisin 10-cu dəfə meydana çıxardığı “Keşlə” 3-cü dəfə qələbə qazanıb. Hər üç uğur Premyer Liqa çərçivəsində gerçəkləşib.
Oxşar xəbərlər
“Qəbələ”nin 40-cı qələbəsi - ÖLKƏ KUBOKU
Karyerasında 100-cü oyun - Premyer Liqada 30-cu qələbə
Yunis Hüseynov üçün əlamətdar oyun - 80-ci qələbə
"Qəbələ"nin 50-ci böyük hesablı qələbəsi
Abasovun 40-cı qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası