reklam
Şahmatçımız “Skillinq Open”də iştirak edəcək -
Sportfm.az xəbər saytı

Şahmatçımız “Skillinq Open”də iştirak edəcək -Mükafat fondu 1,5 milyon


Azərbaycanın ən güclü şahmatçılarından biri Teymur Rəcəbov “Skillinq Open” onlayn şahmat turnirində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutacaq turnir “Champions Chess Tour” seriyasına aiddir və bir il davam edəcək. Turnirin mükafat fondu isə 1,5 milyon dollar olacaq. Noyabrın 22-də start götürəcək onlayn turnirin 16 iştirakçısından 11-nin iştirakı artıq dəqiqləşib.

Teymur Rəcəbovun rəqibləri arasında Liren Dinq (Çin), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri yer alıb. Bu turnir “Champions Chess Tour” çərçivəsində təşkil olunacaq.

Oxşar xəbərlər

Teymur Şəhriyara üstün gəldi - Turnir
Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilmədi - “The FTX Crypto Cup”
Bu gün yarımfinal görüşləri keçiriləcək - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq - "Skillinq Open" turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər