reklam
Sportfm.az xəbər saytı

"Futbolçularda qalib psixologiyasını formalaşdırmalıyıq" -De Byazi


“Bizim üçün vacib oyun idi. Çətin olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi".

Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasının VI turunda səfərdə Lüksemburqla matçdan sonra mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis bildirib ki, Bədavi Hüseynovun zədələnməsi oyun planını pozub: "Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız var idi".

İtaliyalı baş məşqçinin sözlərinə görə, koronavirus pandemiyası da planları pozub: "Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var”.

Oxşar xəbərlər

"Bizim B planımız var" - Canni De Byazi
"Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək" - Canni De Byazi
"Standart vəziyyətdən qol buraxdıq" - Canni De Byazi
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi
"Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər