Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçumuz yarımfinalda -Avropa çempionatı
Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Almaniya təmsilçisi Sebastian Seydli məğlub edib.
Cüdoçu daha əvvəl Manuel Lombardo (İtaliya) və Matey Polyakı (Slovakiya) mübarizədən kənarlaşdırıb.
Bu gün mübarizəyə qoşulan Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) yarışla erkən vidalaşıblar.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları mübarizəyə başlayır - Avropa Liqası
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Cüdo yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəldi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası