reklam
Yeni mövsümün püşkü atıldı -
Sportfm.az xəbər saytı

Yeni mövsümün püşkü atıldı -Azərbaycan Kuboku


Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümünün püşkü atılıb.

Sportfm.az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.

1/8 final mərhələsinin cütləri

"Səbail" - "Zaqatala"

"Turan Tovuz" - "Qəbələ"

"Sabah" - "Kəpəz"

"Qaradağ Lökbatan" - "Zirə"

1/4 final mərhələsinin cütləri

"Sumqayıt" - "Zaqatala" "Səbail"

"Keşlə" / "Kəpəz" - "Sabah"

"Qarabağ" / "Turan Tovuz" - "Qəbələ"

"Neftçi" / "Kəpəz" - "Sabah"

Tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.

Ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar.

Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

Oxşar xəbərlər

Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Kuboku
Azərbaycan Kubokunun püşkü atılacaq - Yeni mövsüm
I Divizionda yeni mövsümün təqvimi açıqlandı
I Divizionda yeni mövsümün - TƏQVİMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər