reklam
AFFA ilə TFF danışıqlara başladı -
Sportfm.az xəbər saytı

AFFA ilə TFF danışıqlara başladı -Legionerlərlə bağlı


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyə Futbol Federasiyası (TFF) iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları üçün danışıqlar aparır.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına açıqlamasında bildirib.

E.Məmmədov deyib ki, hazırda bu yöndə danışıqlar davam edir. AFFA rəsmisi Türkiyədə yetişmiş futbolçuları Azərbaycan Premyer Liqasında daha çox görmək istədiklərini söyləyib: "Hazırda çempionatımızda türkiyəli 2 futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə "Sabah" komandasının formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyə I Liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"un formasını geyinir.

Oxşar xəbərlər

Elxan Məmmədov Canni İnfantino ilə görüşdü
Azərbaycanlı futbolçuların Türkiyədə əcnəbi statusu - Müzakirə davam edir
Kamran Ağayev milli üçün çalışacaq - AFFA-nın təklifini qəbul etdi
AFFA prezidenti milli komanda ilə görüşdü - FOTO
AFFA Şenol Günəşin dediklərini təsdiq etdi - Oyun olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər