Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
10 nömrəli forma ləğv ediləcək -Maradonaya görə
Ötən gün dünyasını dəyişən argentinalı əfsanəvi futbolçu Dieqo Maradona görə 10 nömrəli formanın ləğv edilməsi təklif olunub.
Sportfm.az "Goal" nəşrinə istinadən xəbər verir ki, belə bir təkliflə Fransanın "Marsel" komandasının baş məşqçisi Andre Villaş-Boaş çıxış edib.
43 yaşlı mütəxəssis bildirib ki, bu, Maradonaya veriləcək ən yüksək şərəf olardı: "Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.
Oxşar xəbərlər
Maradonanın qardaşı dünyasını dəyişdi - 52 yaşında
Maradonanın adı stadionuna veriləcək - İtaliyada
“Maradona ölməyib, ölməzdir" - Zlatan İbrahimoviç
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Dieqo Maradona dünyasını dəyişdi - 60 yaşında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








.jpg)




Misli Premyer Liqası