Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Riçard Almeyda Azərbaycanı tərk edib, İtaliyada oynaya bilər
"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda gələn ay, qış transfer pəncərəsi dönəmində "Qarabağ”ı tərk edə bilər.
Qol.az-ın xəbərinə görə, bu haqda İtaliyanın "Tuttomercatoweb” saytına futbolçunun agenti Qaetano Montalban məlumat verib. O bildirib ki, uzun müddətdir Riçard Almeydaya Avropadan çoxsaylı təkliflər var: "Onlardan ikisi İtaliya A seriyasında yarışan klublardır. Bu ilin yayında Almeyda bu klublardan birinə keçə bilərdi. Amma alınmadı. Buna baxmayaraq, həmin klublar indiyədək onun oyununu izləməkdə davam edirlər. Riçard özü də İtaliyada oynamağa hazırdır”.
FİFA meneceri R.Almeydanın "Qarabağ"ın uğurlarında böyük xidmətləri olduğunu bildirib. Braziliyalının futbolçu özəlliyi haqda ətraflı danışan Qaetano Montalban bildirib ki, "Qarabağ"ın Avroliqanın qrupuna düşməsində Almeydanın də böyük köməyi olub.
O bildirib ki, artıq gələn ay Almeydanın İtaliya A seriyasına transferi baş tuta bilər. Qaetano Montalban həmin klubların adlarını açıqlamayıb.
Oxşar xəbərlər
Şefer Riçard Almeydanı təriflədi
Riçard Almeyda bu gün Bursaya yollanır?
FİFA Almeyda ilə bağlı qərar verdi
Riçard Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi!
Riçard Almeyda Azərbaycan millisində oynaya bilәr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası