"Komandam mükəmməl mübarizə apardı" -Rıza Çalımbay
"Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, komandam mükəmməl mübarizə apardı".
Sportfm.az xəbər verir ki, bunu Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I qrupunun IV tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis son iki turda İspaniya "Vilyarreal"ı və İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəkləri oyunların böyük əhəmiyyətə mindiyini vurğulayıb.
Çalımbay sıx qrafiklə çıxış etdiklərini diqqətə çatdırıb: "Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik".
Oxşar xəbərlər
Rıza Çalımbay sağaldı - Koronavirusdan
"Türkiyə üçün önəmli qarşılaşma idi" - Rıza Çalımbay
"Qarabağ"la matç bizim üçün finaldır" - Rıza Çalımbay
"Makkabi" və "Qarabağ"ı məğlub edib, üstünlük qazanacağıq" - Rıza Çalımbay
"Evdəki oyunlarda azarkeşlər olarsa, daha yaxşı olacaq" - Rıza Çalımbay
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası