reklam
“Atletiko”nun sabiq kapitanı futboldan getdi -
Sportfm.az xəbər saytı

“Atletiko”nun sabiq kapitanı futboldan getdi -37 yaşında


“Atletiko”nun sabiq kapitanı Qabi karyerasını bitirib.

Sportfm.az “Marca”ya istinadən xəbər verir ki, son olaraq “Əl-Sədd”də (Qətər) çıxış edən 37 yaşında futbolla vidalaşdığını açıqlayıb:

“Futbol oynamağa başladığım zaman xəyallarımın gerçəkləşdiyini təsəvvür belə etmirdim. İndi futbolçu karyeramın sona çatacağı gün gəldi. Bütün komanda yoldaşlarıma, bu yolun bir hissəsi olan bütün insanlara təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Qabi 2002-2007 və 2011-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. “Xetafe” “Zaraqosa” kimi komandaların da formasını geyinən futbolçu 2018-ci ildən “Əl-Sədd”də çıxış edirdi.

Oxşar xəbərlər

16 yaşında debüt etdi, 30 yaşında futboldan getdi
“Əl-Sədd” razılıq verdi - Xavi gedir
Xavinin komandası rekord qırdı - 34-cü qələbə
Milli komandanın sabiq üzvü haqqında film çəkiləcək
40 yaşında futboldan getdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər