reklam
Dünya çempionu Mayk Taysonu döyüşə çağırdı
Sportfm.az xəbər saytı

Dünya çempionu Mayk Taysonu döyüşə çağırdı


Boks üzrə sabiq dünya çempionu Evander Holifild Mayk Taysonu döyüşə çağırıb.

Sportfm.az xəbər verir ki, bu barədə “MMA Fighting” portalında məlumat verilib.

E.Holifild M.Taysonla 1996-1997-ci illər arasında keçirdiyi hər iki döyüşdə qalib gəlib.

Xatırladaq ki, 1997-ci ildə E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə olunmaqla, həm də diskvalifikasiya edilib.

Evander Holifild son döyüşünü 2011-ci ildə keçirib və aktivində 44 qələbə və 10 məğlubiyyət var. “Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə bitirib. O, karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.

Oxşar xəbərlər

Tayson Cons ilə döyüşdə 10 milyon qazanacaq
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
57 yaşlı boksçu runqə qayıdır
Mayk Tayson xeyriyyə döyüşlərində iştirak edəcək
Azad Rəhmov:"Boks ulduzlarını Bakıya dəvət etmişik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər