reklam
Poqba MY-i tərk edir -
Sportfm.az xəbər saytı

Poqba MY-i tərk edir -Agenti açıqladı


“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İngiltərə klubundan ayrılacaq.

Sportfm.az xəbər verir ki, bunu fransız yarımmüdafiəçinin agenti Mino Rayola “Tuttosport”a açıqlamasında bildirib.

O, 27 yaşlı oyunçunun Mançester təmsilçisindəki hekayəsinin başa çatdığını bildirib. Amma Rayola Poqbanın komandanı tərk edəcəyi dəqiq tarixi açıqlamayıb. İngiltərə mətbuatının iddiasına görə, bu, qış fasiləsində və ya cari mövsümün sonunda baş verə bilər.

Qeyd edək ki, Poqbanın “Mançester Yunayted”lə 2022-ci ilin yayınadək müqaviləsi var.

Oxşar xəbərlər

Poqba "Mançester Yunayted"i tərk etdi - Ayrılıq
Poqba gələcək karyerası ilə bağlı qərarını verdi - Danışıqlara başladı
Poqba PSJ-yə keçir - 4 illik müqavilə
Poqbanın qiyməti qalxdı
Poqba geri dönmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər