reklam
AZAL 6 futbolçu ilə yollarını ayırdı
Sportfm.az xəbər saytı

AZAL 6 futbolçu ilə yollarını ayırdı


Dekabrın 21-də qış fasiləsinə yollanan AZAL-da komandanı tərk edəcək oyunçuların adı məlumdu. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov komandadan gedəcək oyunçuların adını rəhbərliyə təqdim edib.  
Bunlar Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov və Qvanzav Maqomedovdu. Koronadonun gedişi Əhmədovun istəyi ilə olmayıb. Amerikalı oyunçu ailə vəziyyəti ilə əlaqədar ayrılmaq istəyib. Maqomedov isə başqa klubdan transfer təklifi aldığından transferə çıxarılıb. Canelidze isə "Qəbələ” ilə kubok qarşılaşmasından sonra intizamsızlığına görə komandadan kənarlaşdırılıb.

 

Oxşar xəbərlər

AZAL iki futbolçu ilə rəsmən vidalaşdı
AZAL qələbəni əldən verdi
“AZAL Arena”da sülh
"İnter" iki top fərqiylə öndə - YENİLƏNİB
“Qarabağ"dan darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər