reklam
Sportfm.az xəbər saytı

"Qalib gəlsəm, Messi qalacaq" -Prezidentliyə namizəd


"Barselona" prezidentliyinə namizəd Jordi Farre Kataloniya təmsilçisinin kapitanı Lionel Messinin komandadakı gələcəyindən danışıb.

Sportfm.az xəbər verir ki, o, bununla bağlı "Onda Cero"ya  açıqlamasında deyib:

"Messi ilə ailəsinin "Barselona"da qalmaq istədiklərini bilirəm. Bunun üzərində işləyəcəyik. Seçkilərdə qalib gəlsəm, Messi klubla müqaviləsini uzadacaq. Bu, avtomatik olaraq 25 yanvarda baş verəcək".

Qeyd edək ki, Messi  ötən yay "Barselona"nı tərk etmək istəyib. Argentinalı hücumçunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Oxşar xəbərlər

Messi qərarını verdi - "Barselona"da qalacaq
"Nou Kamp" stadionuna Messinin adı veriləcək" - Prezidentliyə namizəd
Kuman Messi haqqında danışdı - “Messini razı salmalıyammı, bilmirəm”
“Barselona” Messi ilə anlaşdı - Yeni müqavilə imzalanacaq
Messi "Barselona" ilə müqaviləsini ləğv edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər