BBA boksda medal sayının artırılmasını istədi -Paris 2024
Beynəlxalq Boks Assosiasiyası (AIBA) Yay Olimpiya Oyunlarında boks idman növündə medal dəstlərinin sayında artımın olmasını istəyir.
Sportfm.az xəbər verir ki, bu barədə AIBA-nın yeni prezidenti Umar Kremlyov TASS-a müsahibəsində bildirib.
O bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyi ilə bağlı qərarını dəstəkləyir: "Ancaq biz AIBA olaraq olimpiadada medal sıralamasının genişləndirilməsini xahiş edəcəyik. Yaxşı olardı ki, IOC gələcəkdə on qadın və eyni sayda kişi kateqoriyasını nəzərdən keçirsin. Ancaq əvvəlcə, AIBA-nı bərpa etmək, boksun ən möhtəşəm və populyar idman növlərindən biri olduğunu sübut etmək lazımdır".
Qeyd edək ki, IOC-un qərarına əsasən 2024-cü il Paris olimpiadasında kişilər 7, qadınlar isə 6 kateqoriyada yarışacaqlar. Tokiodakı yarışda kişilər 8, qadınlar isə 5 kateqoriyada qalibi müəyyənləşdirəcək.
Oxşar xəbərlər
Dünya çempionatında bir ilk - Boksçulara kəmər veriləcək
Kişilər 7, qadınlar 6 çəkidə mübarizə aparacaq - “Paris-2024”
BOK AIBA-nın yenidən qurulmasında ümüdsizdir
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
Beynəlxalq Boks Assosiasiyası 36 hakimdən imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası