reklam
4 güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

4 güləşçimiz mübarizəyə başlayır -Fərdi Dünya Kuboku


Bu gün Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.

Sportfm.az xəbər verir ki, ilk olaraq 4 idmançı tatamiyə çıxacaq.

57 kq çəki dərəcəsindəki İslam Bazarqanov 1/8 finalda Ukrayna təmsilçisi Andrey Yatsenko ilə üz-üzə gələcək. 70 kq-dakı Gitinoməhəmməd Hacıyev eyni mərhələdə Küveytdən olan Məhəmməd Əbdülkərimin müqavimətini qırmağa çalışacaq.

Hacımuard Məhəmmədsəidov (92 kq) təsnifat mərhələsində serbiyalı Strahinya Despiçlə, Cəmaləddin Məhəmmədov (125 kq) isə türkiyəli Oktay Günter ilə qarşılaşacaq.

Azərbaycanın digər 5 sərbəst güləşçisi dekabrın 17-də yarışa qatılacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) və Elis Manolova (65 kq) bu gün təsəlliverici görüşə çıxacaqlar. Onlar müvafiq olaraq almaniyalı Laura Mertens və türkiyəli Aslı Demirlə üz-üzə gələcəklər.

Sərbəst güləş

57 kq

1/8 final: İslam Bazarqanov - Andrey Yatsenko (Ukrayna)

70 kq

1/8 final: Gitinoməhəmməd Hacıyev - Məhəmməd Əbdülkərim (Küveyt)

92 kq

Təsnifat mərhələsi: Hacımuard Məhəmmədsəidov - Strahinya Despiç (Serbiya)

125 kq

Təsnifat mərhələsi: Cəmaləddin Məhəmmədov - Oktay Günter (Türkiyə)

Qadın güləşçilər

57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (İND) 2:4
Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (GER)
65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) 0:6
Təsəlliverici görüş: Elis Manolova - Aslı Demir (TUR)

Oxşar xəbərlər

Hacı Əliyev mübarizəyə başlayır - Dünya Kuboku
Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq - Fərdi Dünya Kuboku
Güləşçimiz yarımfinala yüksəldi - Fərdi Dünya Kuboku
Güləşçilərimizin rəqibləri bilindi - Fərdi Dünya Kuboku
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər