"Ferrari" "Mercedes"i üstələdi -Üç dəfə az pul ödəyəcək
2021 mövsümündə "Formula 1" üzrə dünya çempionatında iştirak edəcək komandaların ödəməli olduqları mütləq üzvlük haqqının məbləğləri bəlli olub.
Sportfm.az xəbər verir ki, üzvlük haqqının baza hissəsi 556,5 min ABŞ dollarıdır. Bundan əlavə, çempion komanda qazandığı hər xal üçün 6677 dollar, digərlərinin isə hər biri 5563 dollar ödəyəcək.
Beləliklə ən böyük məbləğ yenə çempion olan "Mercedes"in payına düşəcək. Məbləğ keçən ilə nisbətən azalacaq. Çünki 2020 mövsümündə 17 mərhələ baş tutub və xallar itirilib.
2021-ci ildə "Formula 1"də iştirak üçün komandaların üzvlük haqqları
1. "Mercedes" - 4.382 milyon dollar
2. "Red Bull" - 2,331 milyon dollar
3. "McLaren" - 1,68 milyon dollar
4. "Racing Point" - 1,641 milyon dollar
5. "Renault" - 1.563 milyon dollar
6. "Ferrari" - 1.285 milyon dollar
7. "Alfa Tauri" - 1.152 milyon dollar
8. "Alfa Romeo" - 0,601 milyon dollar
9. "Haas" - 0,573 milyon dollar
10. "Williams" - 0,556 milyon dollar.
Beləliklə, mövsümdə uğursuz çıxış edən "Ferrari", "Mercedes"dən təxminən 3,5 dəfə az pul ödəyəcək.
Oxşar xəbərlər
Tarixdə ilk dəfə - Rusiya kənarda qaldı
Ən çox qazanan qadın idmançılar - SİYAHI
“Formula 1” pilotlarının əmək haqları açıqlandı
Ən çox qazanan onlardır - SİYAHI
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası