reklam
Güləşçilərimiz 1 qızıl və 3 bürünc uğrunda yarışacaq -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz 1 qızıl və 3 bürünc uğrunda yarışacaq -Fərdi Dünya Kuboku


Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna bu gün yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 4 sərbəst güləşçisi tatami üzərinə çıxacaq. 61 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov finalda Abashacı Məhəmmədovla (Rusiya) üz-üzə gələcək.

3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) bürünc meda uğrunda görüşdə İlman Muxtarov (Fransa) / Niurqun Skryabin (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Yarımfinalda uduzan digər güləşçi Şamil Zubairov (97 kq) bürünc medal əldə etmək üçün Ahmed Batayevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Rəşad Yusifli (79 kq) isə təsəlliverici qarşılaşmada Vasile Minjala (Rumıniya) ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Yığmamız Dünya Kubokunda üçüncü oldu - 2 medalla
Hacı Əliyev mübarizəyə başlayır - Dünya Kuboku
Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
Güləşçimiz yarımfinala yüksəldi - Fərdi Dünya Kuboku
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər