Karadeniz klubu ilə vidalaşdı -Ayrılıq
Türkiyənin “Konyaspor” və “Hatayspor” klublarında ayrılıq qeydə alınıb.
Sportfm.az xəbər verir ki, “Konyaspor” müdafiəçisi Uğur Demirokla, “Hatayspor” isə yarımmüdafiəçisi Gökhan Karadenizlə vidalaşıb.
Bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıb. “Konyaspor” kapitanlarından olan Uğur Demirokun klub rəhbərliyinə müraciət edərək ayrılmaq istədiyini açıqlayıb. Nəticədə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Qalatasaray”ın yetirməsi olan 32 yaşlı futbolçu 2018/2019 mövsümündən “Konyaspor”un uğurları üçün çalışırdı. O, “Qaziantepspor”, “Akhisarspor”, “Trabzonspor” və “Osmanlıspor”da da forma geyinib.
Gökhan Karadenizin “Hatayspor”dan ayrılığının səbəbi isə açıqlanmır. 30 yaşlı futbolçu 2018-ci ildən Super Liqa klubunun uğurları üçün çalışırdı. O, “Ərzurumspor”, “Göztəpə”, “Antalyaspor”, “Trabzonspor” kimi klublarda da çıxış edib.
Oxşar xəbərlər
“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
“Fənərbaxça” “Konyaspor”a qarşı - AFİŞA
"Trabzonspor"dan qələbə, "Qalatasaray"dan bərabərlik - Türkiyə Super Liqası
Türkiyə Çempionatının lideri "Qalatasaray"ın futbolçusunu aldı - FOTO
Türkiyə Super Liqasının püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası