reklam
Şahmatçımız üçüncü oldu -
Sportfm.az xəbər saytı

Şahmatçımız üçüncü oldu -“Sarja” kuboku


“Lichess.org” platforması vasitəsilə onlayn keçirilən “Sarja” kuboku yarışında Azərbaycan şahmatçısı Günay Məmmədzadə 3-cü yeri tutub.

Sportfm.az xəbər verir ki, namizəd şahmatçı kimi birbaşa final mərhələsinə qatılan təmsilçimiz 9 turdan 6 xal toplayıb. Komandamızın digər üzvləri Gülnar Məmmədova 4 xalla 22-ci, Ülviyyə Fətəliyeva 3,5 xalla 28-ci pillədə qərarlaşıblar.

Turnirin qalibi 7 xalla ukraynalı şahmatçı Yuliya Osmak olub.

Qeyd edək ki, finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, həlledici mərhələdə iştirak etmək hüququ olan 10 namizəd şahmatçı da mübarizə aparıb. Rapid üzrə İsveçrə sistemi ilə keçirilən həlledici mərhələ 9 turdan ibarət olub.

Oxşar xəbərlər

Şahmatçı qızlarımızdan tarixi uğur
Şahmatçılarımız mübarizəyə başlayır - “Sarja” kuboku
Azərbaycanlı şahmatçı üçüncü yeri tutdu
Şahmatçımız “Caspian Cup” festivalının qalibi oldu
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər