reklam
Nicat Qurbanov
Sportfm.az xəbər saytı

Nicat Qurbanov "Samtredia"dan niyə ayrıldı? -AÇIQLAMA


"Keşlə"nin yeni transferi Nicat Qurbanov müsahibə verib. 29 yaşlı yarımmüdafiəçi Gürcüstanın “Samtredia” klubundan ayrılmasının səbəblərindən, yeni komandasındakı hədəflərindən və digər məsələlərdən danışıb.

Sportfm.az həmin müsahibəni təqdim edir:
- "Neftçi" ilə yoxlama oyununuz bol qollu (3:4) oldu. Görüş haqda fikirlərinizi öyrənmək istərdim. Komanda mövsümün ikinci yarısına hazırdırmı?
- Bu oyun mövsümün ikinci yarısına hazırlıq matçı idi. 10 gündür ki, komanda təlim-məşq toplanışı keçirir. Baş məşqçi də bu oyunla Komandanın vəziyyətinə baxmaq istəyirdi. Əlbəttə ki, səhvlər var. Biz bunları görüb,  üzərində çalışmalıyıq. Məncə, komanda hərəkətli idi. Yəni, vəziyyət normaldır. Hələ 1 həftə də vaxtımız var. O zamana kimi mövsümün ikinci yarısına hazır olarıq.
- "Keşlə"də debütünüz uğurlu alındı. “Neftçi”yə qol da vurdunuz. 
- Bu cür oyunlar komandanın formaya düşməsi üçündür. Ona görə də vacibdir. Qol vurmağıma gəldikdə isə əlbəttə, bu, özümə güvəni artırır. Həm də komandaya uyğunlaşmağımızı daha da tezləşdirir. İnşallah, Premyer Liqada da qollarımı vuraram, komandama kömək etmiş olaram və daha yuxarı pillələrə qaldıra bilərəm.
- Yeni transferlər də komandada ilk oyununu keçirdi. Bu heyətlə medallar uğrunda mübarizə aparmaq mümkündür?
- Məlum məsələdir ki, hazırda  "Keşlə"nin əsas məqsədi çempionluq mübarizəsi yox, Avropa Liqasına vəsiqə qazanmaqdır. Yəni, ilk 3-lüyə düşməkdir. Ümid edirəm ki, bu mövsümün sonunda qarşımıza qoyduğumuz məqsədə çatarıq, istədiyimizi həyata keçirə bilərik.
- "Samtrediya"dan niyə ayrıldınız? Gürcüstanda yaxşı çıxış edirdiniz, qolları sıralayırdınız.
- Ayrılmaq səbəbinin indiki vəziyyətlə əlaqədar olduğunu düşünürəm. Yəni, sərhədlər bağlı idi. Bu səbəbdən ailəmi görə bilmirdim. Onları yanıma gətirə bilmiyəcəkdim. Sonra "Keşlə"dən transfer təklifi gəldi. Fikirləşdim, nəticədə razılaşdım. Düşünürəm ki, səhv addım atmamışam. İnanıram ki, yanılmaram.
- Bəs, "Keşlə"dən başqa hər hansı bir klubdan təklif var idi?
- Bəli. Düzünü desəm, Gürcüstanda 3 klubdan təklif almışdım. Ad çəkmək istəmirəm. Etik cəhətdən düzgün olmaz. Amma Azərbaycandan təklif gəlməmişdi.
- 2 il əvvəl, 27 yaşınızda karyeranızı başa vurduğunuzu açıqlamışdınız. Bunun əsl səbəbi nə idi?
- Düzü, xaricdə oynayacağım mənim heç ağlımdan da keçmirdi.  Azərbaycanda da transfer təklifi edən yox idi. Məcbur qaldım, karyeramı bitirmək qərarına gəldim. Sonra menecer Vaqif Heydərli ilə görüşdüm. Onun vasitəsilə  "Samtrediya"ya getməyə qərar verdim.
- Gürcüstan karyeranız sizə nə verdi?
- "Samtrediya"da oynamaq mənə çox yaxşı təsir etdi. Düşünürəm ki, Gürcüstandakı karyeram uğurlu alındı. Orada oynamaqla özümə inamım artdı. Həm də gözəl təcrübə qazandım.
- Gürcüstanda çempionatın səviyyəsi necədir?
- Bizim çempionatla müqayisə edəndə deyə bilərəm ki, "Qarabağ" Gürcüstandakı bütün komandalardan 2 baş üstündür. "Neftçi"ni də müəyyən qədər fərqləndirərdim. Amma qalan bütün klublar aşağı-yuxarı, təxminən eyni səviyyədədirlər. Yəni, ümumilikdə elə də böyük fərq yoxdur. (Qol.az)

Oxşar xəbərlər

"Yoluxma ən çox “Sumqayıt”da olmuşdu" - Yunis Hüseynov
Nicat Qurbanov "Samtredia"nı tərk etdi - “Keşlə”də davam edəcək
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
"Hər oyunumuzda tribunaların səksən faizi dolur" - Nicat Qurbanov
"Kəpəz"in sabiq futbolçusu karyerasını bərpa etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər