reklam
Sportfm.az xəbər saytı

"Yeni transfer yaxın günlərdə Bakıya gələcək" -“Zirə” rəsmisi


“Nemanya Andyelkoviçlə razılaşmışıq”.

Sportfm.az xəbər verir ki, bunu “Zirə” klubunun mətbuat katibi Elmar Abdullazadə deyib.

“Zirə” yaxın günlərdə heyətinə yeni futbolçu cəlb edəcək. Belə ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda serbiyalı müdafiəçi ilə güclənir. Onunla 2,5 il müddətinə müqavilə bağlanacaq. Mətbuat katibinin sözlərinə görə, hazırda Nemanya Andyelkoviçin viza məsələləri ilə məşğuldurlar: “Serbiyalı legioner yaxın günlərdə komandaya qoşulacaq”.

Qeyd edək ki, Andyelkoviç karyerası ərzində “Javor-Matis”, “Metalak” və “Zlatibor” kimi klubların şərəfini qoruyub. 23 yaşlı futbolçunun “Zlatibor”la 2021-ci ilin yayına kimi müqaviləsi var. (matc.az)

 

Oxşar xəbərlər

“Zirə”də nigeriyalı futbolçu - Transfer
"Qarabağ" millimizin hücumçusu ilə razılığa gəldi - RƏSMİ
"Zirə"nin yeni transferi - FOTO
Azərbaycanın qəsəbə komandasından ağlasığmaz maaş - Corceviç buna layiqdirmi?
"Zirə"dən ayrılan futbolçu Serbiyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər