Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" şəhidləri unutmadı!- VİDEO
"Kəpəz” Futbol Klubunun kollektivi Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda olub.
Sportfm.az xəbər verir ki, klubun üzvləri qarşıdan gələn bayramlar öncəsi and yerimiz olan şəhid məzarlarını və futbol veteranlarının qəbrini ziyarət edib.
Əvvəlcə, Fəxri Xiyabanda dəfn olunan dövrünün ən tanınmış uşaq futbol məşqçisi hesab edilən Konstantin Abramenko yad olunub. Yetirmələri Azərbaycan futboluna bir neçə nəsil güclü oyunçu bəxş etmiş dahi mütəxəssislə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların "Kəpəz” və "Neftçi”yə göstərdikləri böyük xidmətlərdan danışıblar.
Kollektivin üzvləri SSRİ idman ustası, "Dinamo” Kirovabadın heyətində öz oyunu ilə azarkeşlərin sevimlisinə çevirilən Nizami Salahovun məzarını da ziyarət ediblər. Gəncə futboluna bütün varlığı ilə sadiq qalan mərhum hücumçunun "Dinamo”nun SSRİ çempionatının Yüksək liqasına vəsiqə qazanmasındakı rolundan bəhs olunub. Daha sonra klub rəsmiləri, əvəzedici heyətin məşqçilər korpusu, futbolçular, eləcə də ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışan məşqçilər Şəhidlər Xiyabanında olub. Kollektivin üzləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən mərd vətən oğullarının məzarı üzərinə tər qərənfillər qoyub. Şəhidlərin ruhuna Quran oxunub, Allahdan rəhmət dilənib.
Cabir İbrahimov- "Kəpəz” PFK-nın icraçı direktoru: "Bu, bizim vətəndaşlarımızın, klubumuzun, ümumi götürəndə cəmiyyətin müqəddəs borcudur ki, anım yerimiz olan Şəhidlər Xiyabanını ziyarət etsin. Şəhidlərin uyuduğu məzarlıq bizim müqəddəs yerimizdir. Burada vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş qardaşlarımız, bacılarımız uyuyur. Bizim borcumuz onları daim yad etməkdir. Ziyarətimiz eyni zamanda istər bugünkü, istərsə də gənc nəslin şəhidləri tanıması üçün bir təbliğat məqsədi daşıyır”.
Ziyarətin sonunda kollektiv tərəfindən Şəhidlar Xiyabanında müəyyən təmizlik işləri aparılıb, qəbirlərin üstü və ətrafı təmizlənib.
Oxşar xəbərlər
Olimpiya çempionlarımız Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
“Kostya dayı” Gəncədə yad edildi - FOTOLAR
“Neftçi” şəhidlərin əziz xatirəsini ehtiramla yad etdi - VİDEO
Cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
"Qarabağ" Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası