Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yeni iliniz və həmrəylik gününüz mübarək
2016 geridə qoyuruq. Məhz 2016-cı ildə Sportfm.az saytı fəaliyyət göstərməyə başladı, ilk uğurlarımızı qazandıq. 2017-ci ildə çıxdığımız bu yol bizlərə və sizlərə daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin. İdmanımızın inkişafı ilə bağlı, müsbət görülən işlərə dair xəbərlər saytımızı bəzəsin. Bu gün həm də 25 ildir, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Yeni iliniz və həmrəylik gününüz mübarək olsun əziz həmvətənlilər...
Oxşar xəbərlər
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Yeni iliniz və həmrəylik gününüz mübarək
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
Rio-2016: İslam Həmrəylik Oyunları Rioda təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası