Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"dən qovulan hücumçu A Seriyasında
"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra Junior özünə yeni komanda tapıb. 21 yaşlı hücumçu Braziliya A Seriyasında mübarizə aparan "Avai" klubuna bir illik icarəyə verilib.
Sportfm.az xəbər verir ki, onunla rəsmi anlaşma yanvarın 3-də bağlanılacaq.
Qeyd edək ki, Denilson karyerasına Braziliya "Flüminense"sində başlasa da, hazırda müqavilə üzrə İspaniya "Qranada"sına məxsusdur. Gənc forvard avqustun əvvəllərində "Neftçi"yə bir illik icarəyə verilib. Lakin flaqmanın "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən sonra - oktyabrın 30-da o, 4 komanda yoldaşı ilə birgə əvəzedici heyətə göndərilib. Noyabrın 19-da isə Denilsonla icarə müqaviləsinə xitam verilib.
Oxşar xəbərlər
"Neftçi"də yeni hücumçu - TRANSFER
39 yaşında yeni müqavilə imzaladı
“Neftçi”nin sabiq futbolçusu özünə yeni "yem yeri" tapdı
“Neftçi” legioneri ilə yolları ayırdı
Braziliyalı hücumçu rəsmən "Neftçi"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası