reklam
Başına saç əkdirdi, komandadan qovuldu
Sportfm.az xəbər saytı

Başına saç əkdirdi, komandadan qovuldu


Türkiyənin 2-ci liqasında mübarizə aparanan "BB Ərzurumspor” futbolçusu Fahri Tatanı komandadan qovub.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun qovulmasına, başına saç əkdirməsi səbəb olub. Belə ki, "Zonquldak Kömürspor”la çempionat oyununda zədə alan Fahri, müalicə olunmaq üçün İstanbula göndərilib. Burda 5 həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olan Tatan, fürsətdən istifadə edərək, başına saç da əkdirib. Ancaq bu, ona baha başa gəlib. Belə ki, düşərgəyə qayıdanda futbolçunun saç əkdirdiyini görən klub rəhbərliyi "biz səni müalicə olunmağa göndərmişdik” deyərək, onunla müqaviləyə xitam veriblər.

Futbolçu artıq özünə yeni komanda da tapıb. O, 3-cü liqa təmsilçisi "Sakaryaspor”la anlaşıb.


Oxşar xəbərlər

Matça çıxmadı, evə yollandı və komandadan qovuldu
"Adana Demirspor" onunla yollarını ayırdı
Futbolçu bir il müddətinə sıradan çıxdı
Azarkeşlərdən zədəli futbolçuya anlamlı mesaj - FOTO
"Qalatasaray" Podolskini itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər